XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

18 Yanvar 2021 - 19:18

Bakı-Sumqayıt-Abşeron istiqamətdə ötən il 8,2 mln. çox sərnişin daşınıb –DANX

Ötən il ərzində Bakı-Sumqayıt-Abşeron və əks istiqamətdə 150 avtobus istismar olunub.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, bu barədə Xidmətin 2020-ci il üzrə avtomobil nəqliyyatı ilə daşımalara dair görülən işlərin hesabatında bildirilir.

Qeyd olunur ki, istismarda olan avtobuslardan Bakı-Sumqayıt istiqamətində 35, Bakı-Abşeron istiqamətində 58, Sumqayıt-Abşeron istiqamətində isə 57 avtobus xidmət göstərib. Ümumilikdə il ərzində qeyd edilən istiqamətdə 8 235 000 sərnişin daşınıb. Belə ki, Bakı-Sumqayıt istiqamətində 1 566 000, Bakı-Abşeron istiqamətində 3 402 000, Sumqayıt-Abşeron istiqamətində 3 267 000 sərnişin daşınıb.

Respublikanın şəhər və rayonlarında, şəhərdaxili və rayondaxili sərnişin daşımaları ilə 355 istiqamət üzrə 1 030 avtobus istismar olunub və 28 215 000 sərnişin daşınıb.