XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Yanvar 2021 - 14:11

“Ermənistan əsirlərin siyahısını tam verməyib” –Lavrov

Hərbi əsirlərin mübadiləsi 11 yanvar tarixində Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşündə də müzakirə olunub.

Bu barədə bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Həqiqətən də, Ermənistan tərəfində problemlər olub. Gərək hər iki tərəf əsirlərin siyahısını verərdi. Azərbaycan tərəfi həmin siyahını verib. Ermənistan tərəfindən isə bu siyahı tam verilməyib. 9 noyabra kimi əsir düşənlər təhvil verilib. Lakin dekabr ayında həmin ərazidə 62 tərəf əsir düşüb. Azərbaycan tərəfi bildirir ki, həmin 62 nəfər hərbi əməliyyatların dayandırılmasından sonra bilərəkdən ora göndərilib. Ona görə də, bu məsələyə 9 noyabr bəyanatı çərçivəsində deyil, ayrılıqda baxmaq lazımdır. Rusiya olaraq əsirlərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsinin tərəfdarıyıq. Bu mövzu mövcuddur. Əgər bizim sülhməramlılarımız olmasaydı, bunu həll etmək çətin olardı”, – deyə Rusiya XİN başçısı vurğulayıb. (apa)