XƏBƏR LENTİ

02 Mart 2021
01 Mart 2021

Digər Xəbərlər

18 Yanvar 2021 - 16:58

Cəlilabadda yaşayış yerini tərk edən COVID xəstəsi saxlanılıb –DİN

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad rayon Günəşli kənd sakini R.Ağayevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Cəlilabad RPŞ-də araşdırma aparılır.