XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Yanvar 2021 - 21:42

Xəzər dənizində dalğanın hündürlüyü 2.8 metrə çatıb –Faktiki hava

Yanvarın 18-i saat 21:00-a olan faktiki hava açıqlanıb

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti dəyişib.

Gədəbəy, Quba, Şahdağ, Sarıbaş, (Qax), Qrızda qar, Şəmkir, Şahbuz, Qusarda yağış yağıb.

Şimal-qərb küləyi arabir Xınalıqda 23, Naftalanda 21, Neftçalada 20, Yardımlı, Tərtər, Şəmkirdə 16 m/ san olub.

Bakıda və Abşeron yarımadasında: Qum adasında 18, Çilov adası, Pirallahıda 16, Bakıda 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü  2.8 metrə çatıb.