Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə qərar qəbul edib.
Strateq.az bildirir ki, Mərkəzi Seçki Komissiyasının qərarı ilə Rəşad Şahbaz oğlu Bağırov 2 saylı Şərur seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilib.
Eyni zamanda Salman Əli oğlu Mehdiyev 2 saylı Şərur, Abduləziz Xəlil oğlu Xəlilov 92 saylı Zərdab – Ucar, Elxan Musa oğlu Məmmədov 123 saylı Kəlbəcər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilib.