XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

19 Yanvar 2021 - 15:31

Erməni jurnalist:“Ermənistan vətəndaşları Qarabağ varlıları üçün ölməməlidir”

“Daha müharibə olmasın!!! Ermənistan vətəndaşları Qarabağ varlılarının sərvətləri üçün ölməməlidir! Ermənistan uşaqlarından əl çəkin!”.

Bunu Ermənistanın “ArmInfo” agentliyinin Moskvadakı müxbiri Roman Bağdasaryan feysbuk səhifəsində yazıb.

Onun bu statusunu qısa zamanda min nəfər bəyənib. Lakin bu paylaşımdan sonra o xüsusilə erməni diasporası tərəfindən təhdid və təqiblərə məruz qalıb. Nəticədə jurnalist yazdığını silməyə məcbur olub.

Rusiyadan yayımlandığı güman edilən “Hay Wave” teleqram kanalı R.Bağdasaryanın simasında Ermənistan vətəndaşı olan ermənilər barədə bunları qeyd edib:

“Əşi, cəhənnəmə olsun bu Roma. Acı verən başqadır – onun bu postu 1 saata min bəyəni toplayıb. Belə hallarda məyus oluram ki, Gümrü və Yerevanı (müəllif daha sonra mətndən Gümrü şəhərinin adını çıxarıb) bombalamayıblar – oradakılar buna Xankəndi və Xocavənd sakinlərindən daha çox layiq idilər… Əslində, nəyə təəccüblənək ki? Bu insanlar min hektar məhsuldar torpağı, 2 qızıl yatağı və milli mənliyi “açıq sərhədlər”ə dəyişiblər və bununla birgə hər kəs vəziyyətdən razıdır. Mənə maraqlıdır, bakılı Raul Bağraməliyev gəncəli varlılar üçün döyüşmək istəmədiyini yazsaydı, neçə saat yaşaya bilərdi? … Görünür, ermənilər qəbilə icması səviyyəsinə qədər deqradasiya (bəlkə də, heç o səviyyədən yüksəlməmişdilər də) ediblər. Belə xalqı olan ölkəni necə gələcək gözləməsini sezmək çətin deyil”/Report.