XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

19 Yanvar 2021 - 12:33

Təhsil Nazirliyindən dərslərin bərpası ilə bağlı –Açıqlama

Təhsil Nazirliyi fevralın 1-dən Azərbaycanda ibtidai siniflər üçün məktəblərdə tədris prosesinin bərpa olunacağ ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirlikdən bildirilib ki, bununla bağlı müvafiq planlaşdırma işləri aparılır.

“Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”– nazirlikdən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə 1 və 4-cü siniflərin növbəli şəkildə, həftədə iki-üç dəfə məktəbə gedəcəyi barədə məlumatlar yayılıb. İddia olunur ki, fevralın 15-dən sonra 5 və 9-cu siniflərin növbəli şəkildə məktəbə qayıdacağı gözlənilir/Report.