XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Yanvar 2021 - 20:22

Tramp, Pompeo, Bolton… –İran ABŞ-ın xeyli sabiq və hazırkı vəzifəli şəxslərini "qara siyahı"ya salıb

İran hökuməti ABŞ-ın səlahiyyət müddəti başa çatan prezidenti Donald Trampı və dövlət katibi Maykl Pompeonu sanksiya siyahısına salıb.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə məlumat verib.

O həmçinin bildirib ki, ABŞ-ın maliyyə naziri Steven Mnuçin, keçmiş müdafiə naziri Mark Esper, həmin vəzifəni icra edən Kristofer Miller, CİA rəhbəri Cina Haspel, İrandakı keçmiş və hazırkı xüsusi elçilər – Brayan Huk və Eliot Abrams, habelə ABŞ prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton da sanksiya siyahısındadırlar.

Sözügedən addımlara əsas olaraq ABŞ-ın regionda terrorçuluq fəaliyyətləri, habelə dünyada təhlükəsizliyə qarşı təhdid yaratması göstərilir/Report.