XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

19 Yanvar 2021 - 23:42

Bayden:"Mən bilirəm ki, indi qaranlıq vaxtlardır, amma..."

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Delaverdən Vaşinqtona getməzdən əvvəl emosional nitqlə çıxış edib.

“RİA Novosti”nin məlumatına görə, o,, bildirib ki, qaranlıq vaxtlara baxmayaraq, işıq həmişə var.

“Mən bilirəm ki, indi qaranlıq vaxtlardır, amma işıq həmişə var. Bu dövləti bu qədər xüsusi edən budur”, – Bayden deyib.

Bayden bildirib ki, onun üçün növbəti prezident olmaq şərəfdir.

“Vaşinqtona mənim səyahətim buradan başlandı”, – ABŞ-ın yeni rəhbəri əlavə edib.

Bayden çıxışından sonra təyyarə ilə Vaşinqton ətrafındakı Endryus bazasına yola düşəcək/Report.