XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Yanvar 2021 - 15:44

Əfv Komissiyasının üzvü:"Müraciətlər həddən artıq çoxdur, yeniliklər gözlənilir"

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasının keçirilməsi üçün müəyyən hazırlıqlar var. Əfvlə bağlı həddindən artıq müraciətlər mövcuddur”.

Bunu komissiyanın üzvü, Milli Məclisin deputatı, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O xatırladıb ki, Əfv Komissiyasının yeni tərkibi formalaşıb: “Bu sahədə müəyyən yeniliklər də gözlənilir. Cəza sisteminin humanistləşdirilməsi və əfv addımlarını əldə tutaraq Əfv Komissiyasının yaxın zamanlarda işinə aktiv şəkildə keçməsi və insanların işinə baxılmasına qərar veriləcək”/Report.