XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Yanvar 2021 - 00:12

Ermənistanın səhiyyə naziri:"Hər gün 30 meyitin şəxsiyyəti müəyyənləşdirilir"

Ermənistanın Səhiyyə Nazirliyi ikinci Qarabağ müharibəsində həlak olmuş 3 450 əsgərinin meyitini ekspertizadan keçirib.

Bu barədə səhiyyə naziri Anait Avanesyan bildirib.

Hökumətin iclasından sonra jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, hər gün 30 meyitin şəxsiyyəti müəyyənləşdirilir.

O, hələ də şəxsiyyətləri müəyyənləşdirilməyən meyitlərin olduğunu etiraf edib. Nazir jurnalistlərin nə qədər meyitin şəxsiyyətinin müəyyənləşdirilməməsi barədə sualına cavab verməyib. Lakin bildirib ki, meyitlərin tanınması prosesi sürətlənib.

Ötən gün Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Qarabağ müharibəsində 3 439 hərbi qulluqçunun həlak olduğunu açıqlayıb/Report