XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Yanvar 2021 - 17:54

“Ermənilərin Xudavəng monastırdan 8 əsrlik freskaları qaşıyıb aparmaları cinayətdir” –Nazir

“Şübhəsiz bu, böyük cinayətdir, biz bunu dəfələrlə həm UNESCO, həm də digər beynəlxalq təşkilatlar səviyyəsində bəyan etmişik”.

Jurnalistlərin Xudavəng monastırdan 8 əsrlik freskaları qaşıyıb aparmaları ilə bağlı sualına cavabında Mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, ermənilərin bu addımı vandallıqdır və UNESCO-nun 1970-ci il konvensiyasına ziddir: “Biz bunu qətiyyətlə pisləyirik və bununla bağlı işlərimizi qətiyyətlə davam etdirəcəyik. UNESCO-ya bu haqda bildirib və bu hadisəyə UNESCO tərəfindən hüquqi qiymət verilməsinə çalışacağıq”. (apa)