XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Yanvar 2021 - 16:18

Şuşada Ombudsmanın regional mərkəzi açılacaq

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) daha bir regional mərkəzi fəaliyyətə başlayacaq.

Bunu Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, Ombudsman Səbinə Əliyevanın bəyan etdiyi kimi, Müvəkkilin Qarabağ Regional Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulub.

Aparat rəhbəri bildirib ki, Mərkəz Şuşada yerləşəcək.

Qeyd edək ki, hazırda Ombudsmanın 4 regional mərkəzi (Gəncə, Şəki, Quba və Cəlilabad) fəaliyyət göstərir. (report)