XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Yanvar 2021 - 20:59

“Hindistan pandemiya ilə mübarizədə 150-dən çox ölkəyə tibbi yardım göstərib” –Səfir

“Hindistan COVID-19 pandemiyası ilə mübarizə zamanı 150-dən çox ölkəyə tibbi və digər yardımlar göstərərək, dünyanın əczaçısı rolunu oynadı”.

Bunu Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna deyib.

Səfir bildirib ki, COVID-19 pandemiyasında Hindistanın qlobal səhiyyə təchizatı sistemində etibarlı tərəfdaş kimi mövqeyini istehsal, araşdırma və inkişaf, eləcə də innovasiyada güclü üstünlükləri ilə sübut edib: “Bu gün Hindistan vaksin üzrə araşdırma və inkişaf sahəsində liderdir və qlobal vaksin istehsalının 60%-i Hindistanın payına düşür”.

Onun sözlərinə görə, Hindistanda akademiya və sənaye sahələrindən təxminən 30 qrup COVID-19 vaksinin hazırlanması prosesinə cəlb olunub: “AstraZeneca-Oxford-Serum İnstitutunun “Covishield” və Bharat Biotech şirkətinin “Covaxin” adlı iki vaksini artıq təcili istifadə üçün səlahiyyət əldə edib və AstraZeneca-Oxford-Serum İnstitutu hazırda dünyanın ən böyük COVID vaksini proqramı üzrə dərman hazırlayır. Əlavə olaraq, ölkə daxilində hazırlanmış 3 vaksin daxil olmaqla, altı vaksin namizədi klinik sınaqlardan keçir. Hindistan həmçinin öz qonşularına dəstək olmaq üçün müəyyən addımlar atdı. Xarici İşlər Nazirliyi və Biotexnologiya Departamenti COVID-19 vaksinlərinin qonşu və digər dost ölkələrdə III mərhələ üzrə klinik sınaqlarının asanlaşdırması üçün potensialı gücləndirmək məqsədilə “Klinik tədqiqatların inkişaf etdirilməsi üzrə tərəfdaşlıqlar” (PACT) üzərində işləyirlər. Əfqanıstan, Butan, Banqladeş, Maldiv adaları, Mavriki, Nepal, Şri-Lankadan 100-ə yaxın iştirakçı üçün təxminən 6 sessiyadan ibarət iki təlim modulu uğurla başa çatıb. Butan, Maldiv adaları, Banqladeş, Nepal, Myanmar və Seyşel adalarına qrant yardımı adı altında vaksin tədarükü 20 yanvar tarixindən başlayır”.

Səfir qeyd edib ki, il ərzində 8,2 milyard doza miqdarında müxtəlif vaksinlər istehsal etmək potensialına sahib olan Hindistanın böyük vaksin istehsalçıları – Serum İnstitutu, Bharat Biotech, Panacea Biotech, Sanofis Shanta Biotech, Biological E, Hester Bioscience və Zydus Cadila qarşıdakı aylarda və illərdə pandemiya ilə mübarizədə həlledici rol oynayacaq.