XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Yanvar 2021 - 12:33

ABŞ təhlükəsizlik məsələsində müttəfiqləri ilə çalışmaq niyyətindədir- Açıqlama

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Cakob Sallivan Fransa, Almaniya, Böyük Britaniya, Yaponiya rəsmiləri ilə telefonda danışıqlar aparıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Hornun açıqlamasında danışıqlar zamanı Çin, Şimali Koreya, İran, Rusiya kimi ölkələrlə bağlı mübahisəli məsələlər müzakirə olunduğu bildirilir.

Bununla yanaşı, yeni administrasiyanın avropalı müttəfiqləri ilə trans Avropa birliyini gücləndirmək niyyətində olduğu da vurğulanıb.