XƏBƏR LENTİ

02 Mart 2021
01 Mart 2021

Digər Xəbərlər

23 Yanvar 2021 - 14:16

Türkiyədə “Sputnik V” vaksini istehsal ediləcək –Açıqlama

Rusiyanın Birbaşa İnvestisiya Fondu Türkiyənin aparıcı əczaçılıq məhsulları istehsalçısı ilə Türkiyədə “Sputnik V” koronavirusa qarşı peyvəndin istehsalı ilə bağlı müqavilə imzalayıb və texnologiya transferinə başlayıb.

Bu barədə RİA “Novosti”yə Fonddan bildirilib.

“Potensial illik istehsal həcmi – milyonlarla dozadır. Gələcəkdə istehsalın genişləndirilməsi məsələsi də hazırda müzakirə olunur. Peyvənd həm Türkiyənin daxili bazarına, həm də digər ölkələrə tədarük ediləcək”, – Fonddan bildirilib.

Fondda onu da əlavə ediblər ki, Türkiyəli tərəfdaşlar 90%-dən çox təsiri olan bu vaksinə böyük maraq göstərir/APA.