XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

24 Yanvar 2021 - 11:06

“Bu, iki ölkənin energetika sahəsində əməkdaşlığında yeni mərhələ, tarixi hadisədir” –Türkmənistan Prezidenti

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasının iki ölkənin və xalqın həyatında tarixi hadisə olduğunu bəyan edib. 

Q. Berdiməhəmmədov Türkmənistan Nazirlər Kabinetinin videokonfrans formatında keçirilən iclasında bildirib ki, Anlaşma Memorandumu Türkmənistan və Azərbaycanın energetika sahəsində əməkdaşlığında yeni mərhələdir.

Türkmənistan Prezidenti qeyd edib ki, Anlaşma Memorandumu Xəzər regionuna yeni böyük investisiya axınına zəmin yaradır, ölkə iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin yaradılmasına, insanların həyat səviyyəsinin yüksəlməsinə güclü stimul verir. /APA