XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Yanvar 2021 - 13:13

Yerevanda növbəti aksiya:yürüş iştirakçıları Paşinyanın istefasını tələb edirlər

Ermənistan müxalifəti Yerevanda ölkə hakimiyyətinə qarşı itaətsizlik aksiyası çərçivəsində avtomobil yürüşü keçirir.

Avtomobil yürüşünün iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.

Xatırladaq ki, müxalifət ötən bazar günü də paytaxtda həmçinin avtomobil yürüşü keçirib. Aksiyanın iştirakçılarından biri polis tərəfindən saxlanılıb. /Report