XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

24 Yanvar 2021 - 16:32

“Qubada karantin postunda saxlanılan avtomobildə nərə balıqları aşkarlanıb” –DİN

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisində qurulmuş postda Xaçmaz rayonu Xudat şəhər sakini Telman Vəliyevin idarə etdiyi nəqliyyat vasitəsini saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba rayonu üzrə regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları sürücünün sənədlərini yoxladıqdan sonra nəqliyyat vasitəsinin yük yerinə baxış keçiriblər. Bu zaman oradan T.Vəliyevə məxsus qanunla ovlanması qadağan edilmiş ümumi çəkisi 20 kiloqrama yaxın beş ədəd nərə balığı aşkar edilib.

T.Vəliyev qanunvericiliyə uyğun olaraq saxlanılaraq şöbəyə gətirilib.

Faktla əlaqədar Quba Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.