XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

25 Yanvar 2021 - 12:11

Ötən il 2 072 məhkum cəzadan şərti azad edilib –Ədliyyə Nazirliyi

“Cəzaların humaistləşdirilməsi siyasəti nəticəsində 1 884 məhkum barəsində məhkəmələrə sənəd daxil olub”.

Bunu Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda deyib.

Onun sözlərinə görə, bu sənədlərin əksəriyyəti təmin edilib, məhkəmələr tərəfindən çıxarılan qərarlara əsasən, ümumilikdə 334 məhkum azad edilib, 591 nəfərin cəzası azaldılıb:

“Ötən il 2 072 məhkum cəzadan şərti azad edilib, 422 məhkum məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilib, 10 məhum ağır xəstəliyə görə azadlığa buraxılıb, 906 nəfərin həbs qətimkan tədbiri dəyişdiirilib. Bunların əksəriyyəti pandemiya dövründə tətbiq edilib. Həmçinin koronavirus pandemiyası ilə əlaqədar yaşı 65 yaşdan yuxarı olan 176 nəfər əfv sərəncamı ilə azad edilib. Ümumilikdə son illərdə cəza siyasətininm humaistləşdirilməsi nəticəsində amnistiya və əfv sərəncamıarı ilə 8000 nəfər azadlığa biraxılıb”.