XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

26 May 2015 - 07:25

Əli Abbasov aparat rəhbəri haqda əmr verdi – Nazirlikdə ciddi dəyişikliklər oldu

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının struktur bölmələri arasında vəzifə və səlahiyyət bölgüsünü aparmaq məqsədi ilə əmr imzalayıb.

Strateq.az xəbər verir ki, əmrə əsasən, “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının rəhbəri haqqında Əsasnamə” təsdiq edilib. Eyni zamanda, nazirin əmri ilə RYTN-in Hüquq və insan resursları, Maliyyə, uçot və iqtisadi təhlil, Beynəlxalq əməkdaşlıq, Tənzimləmə, İnfrastrukturun inkişafı, İnformasiya cəmiyyətinin inkişafı, Elektron idarəçiliyin inkişafı, Vətəndaşların qəbulu və müraciətləri ilə iş, Sənədlərlə iş və təminat şöbələrinin əsasnamələri də təsdiqlənib.