XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Aprel 2016 - 09:42

Dünyanı silkələyəcək yeni kompromatlar qapıda-"Mossack Fonseca” sənədləri

11 milyon gizli belge sızdırıldı

Əsasən Vladimir Putinə yaxın çevrələrə aid maliyyə fırıldaqlarını əks etdirən 11 milyondan artıq gizli sənəd faş olunub. 12 dövlət lideri, 143 siyasətçinin adı hallanan bu sənədlərin dünya ictimai rəyində ciddi müzakirələr yol açacağı gözlənilir.

Strateq.az-ın bildirdiyinə görə, dünyanın gizliliyə ən çox əhəmiyyət verən hüquq firmalarından sayılan “Mossack Fonseca” adlı Panama şirkətinə aid olduğu irəli sürülən sənədlər dünya liderləri və məşhurlarınin vergidən yayınmaq və “qara pul yumaq”  üçün hansı yollara əl atdıqlarına dair dəlilləri ehtiva edir.

Xəbəri Almaniyanın ən mötəbər mətbuat orqanlarından “Süddeutsche Zeitung” qəzeti yayıb. Qəzetin məlumatına görə, həcmi  2.6 terabayt böyüklüyündə olan 11.5 milyon sənəd redaksiyaya bir il əvvəl təmənnasız ötürülüb. Bu xüsusiyyətilə həmin kompramat materialları 2010-cu ildə yayınlanan və ABŞ diplomatlarının yazışmalarını əks etdirən “Wikileaks”dən və 2013-cü ildə Edvard Snodenin ifşa etdiyi kəşfiyyat sənədlərindən daha böyükdür.

Sənədlərin aid olduğu “Mossack Fonseca” firması offşor zonlarında hüquqi məsləhətlər verir və bu sahədə dünyanın ən böyük 4 şirkətindən biri sayılır.

Alman qəzetinin bildirdiyinə görə, sənədlər siyasilərlə yanaşı, narkotika qaçaqçılarının, məşhur sənətçilərin, FIFA yetkiləri və idmançıların “bilinməyən dünyadakı əlaqələrinə nəzər salmaq fürsəti” təqdim edir.

210 min qədər şirkət və ya müştərinin adının keçdiyi sənədlərdə Azərbaycana aid xəbərlərin olub-olmadığı hələ bəlli deyil. Amma qonşumuz və yaxın əlaqələrimiz olan Türkiyə və Rusiya siyasi həyatına  dair xeyli materialların gün işığına çıxarılacağı güman olunur.

Məlumata görə, Türkiyədən 101 şirkət və 10 fiziki şəxs bu məxfi sənədlərin əsas hədəfinə çevriləcək. Ancaq onların kimliyi barədə, hələ ki, heç nə deyilmir.

Violonçelçidə fərasətə bax!

Rusiyadan isə kimlərin hədəfə çevriləcəyi məlumdur. Sənədlərdə ən çox Rusiya lideri Vladimir Putinin və yaxın ətrafının adı çəkilir. Bu çevrənin 2 milyard dollarlıq sərvətinin ifşa olunacağı bildirilir. Hələlik isə ən çox Putinin gənclik dostu və qızı Mariyanın vəftiz atası Rolduginin sərvəti açıqlanıb.

100 milyon dollarlıq bir sərvəti idarə edən Roldugin incəsənət adamıdır. O, skripkaya bənzəyən violonçel müsiqi alətinin usta ifaçısı sayılır. İncəsənət xadiminin Rusiyada illik gəliri 800 milyon dollar olan ən böyük televiziya reklam agentliyinin 12.5% hissə sənədinə sahib olduğu bildirilir. O, həmçinin, rus ordusunun da təchiz edən “Kamaz” ağır texnika zavodunun və dövlət bankı “Rossiya Bank”ın ən iri səhmdarlarından biri kimi təqdim olunur.

Sənədlərdə Putinin əleyhinə hər hansı dəlil olmasa da, onun digər dostları Yuri Kovalçuk, Arkadi və Boris Rotenberqlər ilə Gennadi Timçenkonun sərvətləri ifşa edilir.