XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Yanvar 2021 - 17:38

BMT:"Dünya son 100 ilin ən sərt böhranını yaşayır"

Dünya COVID-19 pandemiyası nəticəsində son bir əsrin ən sərt iqtisadi böhranına daxil olub.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu BMT-nin Baş katibi Antoniu Quterreş deyib.

Onun sözlərinə görə, 2 milyondan artıq insan COVID-19-dan həyatını itirib və bundan əlavə, pandemiya iqlim qeyri-sabitliyi, ölkələr və insanlar arasında bərabərsizlik kimi qlobal problemləri də üzə çıxarıb.

Quterreş qeyd edib ki, 2021-ci ildə dünyanın pandemiyadan bərpa olunma prosesini “kövrək vəziyyətdən dayanıqlı vəziyyətə” keçməyə istifadə etməsi üçün unikal fürsəti var.

Bundan başqa, BMT-nin baş katibi vurğulayıb ki, COVID-19-un mutasiyaya uğramış variantı və vaksinasiyanın gecikməsi ölümləri artıra bilər və o, bu səbəbdən vaksinləri ixtira edən ölkələri peyvəndlərin istehsalını artırmağa çağırıb.