XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

26 Yanvar 2021 - 14:22

JTI 7-ci dəfə Azərbaycanda “Ən yaxşı işəgötürən”seçildi –“Bu, bizim üçün son deyil...”

JTI (JapanTobaccoInternational)şirkəti Azərbaycanda 2014-cü ildən bəri 7-ci dəfə ardıcıl olaraq “Ən yaxşı işəgötürən” adına layiq görülüb. JTI Azərbaycanda bu adı qazanmış yeganə şirkətdir.

Şirkətdən “AzPolitika.info”-ya verilən məlumata görə, JTI Azərbaycanla yanaşı Avropada və qlobal miqyasda bu mükafatı qazanıb, dünyada bu ada layiq görülən 16 şirkət arasında yer tutur. “Ən yaxşı işəgötürən” diplomu öz işçilərinə son dərəcə gözəl iş şəraiti yaradan və onları əsas prioritet kimi qəbul edən şirkətlərə təqdim edilir.

“Ən yaxşı işəgötürən” adını qazanmaq üçün müstəqil insan resursları şirkəti olan “Top Employer (BestEmployer) Institute” (Ən yaxşı işəgötürənlər institutu) tərəfindən müəyyən edilmiş ən yüksək standartlara cavab vermək və hərtərəfli qiymətləndirmədən keçmək tələb olunur. Ümumilikdə, 119 ölkədə olan 1600-dan çox şirkət “Ən yaxşı işəgötürən” seçilib.

Bu haqda fikirlərini bölüşərkən, JTI Belarus və Qafqaz bölməsinin Baş direktoru Konstantin Fyodorov bunları deyib: “Bizim üçün ən yaxşı işəgötürən kimi tanınmaq son deyil. Bu, bizim doğru yolda olduğumuzu, davamlı təkmilləşmə və yeniliyə can atan bütün işçilərimizə təhlükəsiz və çevik iş mühiti təklif etdiyimizi sübut edir. Ardıcıl 7 dəfə bu ada layiq görülməyimiz bizim gələcək işçilərimizə də aydın bir mesaj verir: biz öz əməkdaşlarımızın qayğısına qalırıq və onlaraən yaxşı mühitdə öz karyerasını qurmaq üçün unikal imkan yaradırıq”.

“Top EmployersInstitute” JTI şirkətinin “Bərabər ailə məzuniyyəti siyasətini” xüsusi olaraq qeyd edib. Bu siyasətə görə 1 yanvar 2021-ci il tarixindən şirkətin övladı dünyaya gələn istənilən əməkdaşı cinsiyyətindən asılı olmayaraq 20 həftəlik ödənişli məzuniyyət hüququ əldə edir. İnsan resursları praktikasının təkmilləşdirilməsindən danışan JTI Azərbaycan şirkətinin İnsanlar və mədəniyyət şöbəsinin rəhbəri Arij Al-Tubai bunları qeyd edib: “2021-ci ildə mükafat almağımıza rəğmən biz yenilikçi yanaşmaları davam etdirəcəyik və diqqətimizi aşağıdakıların üzərində cəmləyəcəyik:

– Qadınların şirkətdə bütün səviyyələrdə təmsilçiliyini artırmaq və gender bərabərliyinə nail olmaq məqsədilə gender bərabərliyi prinsipləri;

– Yeni iş metodlarının tətbiqi: yerindən asılı olmayaraq məsafəli iş imkanlarının təkmilləşdirilməsi, əməkdaşlığın yeni üsullarının tətbiqinin həvəsləndirilməsi və əsas diqqəti insanlar və onların rifahı olan qlobal mühitin yaradılması”.

Xatırladaq ki, JTI tütün və qızdırılan tütün məhsullarının aparıcı beynəlxalq istehsalçısıdır və dünyanın 130-dan çox ölkəsində təmsil olunur. Şirkətə dünyada satışına görə ikinci siqaret brendi olan Winstonvə Camel (ABŞ-dan kənarda) məxsusdur. Onun portfelinə “Sobranie”, “Mevius” və “LD” kimi brendlər daxildir. JTI “Logic” və “Ploom” brendləri ilə qızdırılan tütün məhsulları kateqoriyasında aparıcı şirkətlərdən biridir. Şirkətin mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. JTI-ın dünyada 44,000, Azərbaycanda isə 80-ə yaxın işçisi var. JTI “JapanTobacco” şirkətlər qrupuna daxildir (www.jti.com). Karyera imkanları üçün:https://jobs.jti.com