XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

27 Yanvar 2021 - 17:32

“Azərbaycan və Türkiyə əməkdaşlığı heç kimə qarşı yönəlməyib” –Prezidentin köməkçisi

“2010-cu ildə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilə imzalanıb. Həmin müqavilədən irəli gələrək starateji əlaqələrin daha da gücləndirilməsi üçün yüksək səviyyəli əməkdaşlıq mexanizmi yaradılıb”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, həmin sənəddə əks olunan fikirlər növbəti 10 il ərzində praktiki olaraq bütün müstəvilərdə inkişaf etdirilib: “Hərbi-texniki sahədə birgə uğurlarımızı Zəfər mühribəsində bir daha gördük. Ümumiyyətlə, Azərbaycan Türkiyə münasibətləri stabil şəkildə inkişaf edir. Bizim qarşıdan gələn dövrlərdə bir yolumuz və məqsədimiz var. Bu da əlaqələri daha da dərinləşdirməyin yollarını tapmaqdır. Bütün qapılar bir-birimizin üzünə tam şəkildə açıqdır. Bu əməkdaşlığımız regional sülhü və təhlükəsizliyi daha da gücləndirir. Bu əməkdaşlıq heç kimə qarşı deyil”.