XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Aprel 2016 - 11:52

Gürcüstandan Azərbaycana dəstək –İki ölkənin müdafiə nazirləri danışdı

zakir-hesenov

Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli ilə qoşunların təmas xəttində yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər. 

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, danışıqlar zamanı xanım T.Xidaşeli Gürcüstanın daim Azərbaycanın ərazi bütövlüyünü təmin olunmasını dəstəklədiyini qeyd edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüququn normaları əsasında həll olunacağına ümid etdiyini bildirib. 

General-polkovnik Zakir Həsənov dəstəyə görə Gürcüstan tərəfinə minnətdarlığını ifadə edib.