XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

28 Yanvar 2021 - 12:43

Nəcməddin Sadıkov Moskvadadır- Xəstəxanaya yerləşdirildiyi deyilir

Müdafiə Nazirliyinin sabiq Baş qərargah rəisi Nəcməddin Sadıkov Rusiyadadır.

Bu haqda “Hürriyyət” qəzeti məlumat yayıb.

Xəbərdə bildirilir ki, qəzetin etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, vəzifədən çıxarıldıqdan sonra sabiq Baş qərargah rəisinin səhhətində ciddi problem yaranıb. Bu səbəbdən də onun bu günlərdə Moskvada açıq ürək əməliyyatı keçirdiyi bildirilir.

Məlumata görə, hazırda da xəstəxanada olan N.Sadıkovun səhhətində yaranmış problem onun üçün həyati əhəmiyyət daşıyır.