XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Yanvar 2021 - 10:14

Qarabağda daha 8 erməni hərbçinin meyiti tapılıb

Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonu ərazisində ötən gün aparılan axtarış zamanı daha 8 erməni hərbçinin qalıqları tapılıb.

Bunu qondarma rejimin “Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti” açıqlayıb.

Meyitlər tanınmaz halda olduğu üçün kimliklərini müəyyənləşdirmək mümkün olmayıb. Ona görə də məhkəmə-tibbi ekspertizanın aparılması lazım olacaq.

Axtarış işləri bu gün Xocavənd, Hadrut və Cəbrayıl ərazisində davam etdiriləcək.

Qeyd edək ki, yanvarın 28-dək döyüş bölgəsindən 1 329 erməninin qalıqları aşkarlanıb. Onlardan 15-i mülki vətəndaşdır. (report)