XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

29 Yanvar 2021 - 10:25

Badamdardakı sürüşmə əsasən təbii amillərin təsirindən baş verib –ETSN

“Ərazidə baş vermiş sürüşmə prosesi əsasən təbii amillərin təsirindən yaranıb”.

Bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov deyib.

O bildirib ki, ərazinin geoloji quruluşunda iştirak edən süxurların yuyulmağa həssaslığı, maili yamacın olması, əraziyə yağan atmosfer yağıntıları bu prosesi qaçılmaz edib: “Hazırda tərəfimizdən tədqiqat işləri aparılır. Sürüşmə kütləsinin parametrləri ölçülür və bu istiqamətdə işlərimiz davam edir. Əraziyə başqa amillərin də təsiri var. Yamacın yuxarı hissəsindən təsərrüfat sularının axıdılması səbəbindən proses aktivləşib”.