XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Yanvar 2021 - 10:47

Bakıda avtobusla yük maşını toqquşub –Yaralılar var

Bu gün səhər saatlarında Binəqədi şossesində yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, “Manella MMC”-nin müvəqqəti istsimarında olan 108 A müntəzəm marşrut xətti üzrə 10 TG 635 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu betonqarışdıran avtomobillə toqquşub.

Hadisəylə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq araşdırma aparılır. Əməkdaşlar hadisə yerinə yollanıb. “Manella MMC”-nin rəhbəri Qurbanəli İsmayılov Agentliyə çağırılıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, toqquşma nəticəsində 3 nəfər  müxtəlif xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. 1 nəfər isə hospitalizasiyadan imtina edib. Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.