XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Yanvar 2021 - 10:58

DSX: sərhədyanı ərazilərdə 9 kq narkotik götürülüb

Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, narkotik vasitələrin və silah-sursatın qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində son günlərdə 8 kq 920 qram narkotikə bənzər maddənin ölkə ərazisinə qanunsuz yolla gətiril­məsinin qarşısı alınıb, eyni zamanda 3 ədəd gizlədilmiş odlu silah aşkar olunub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, yanvarın 14-də Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd sahibsiz bağlama aşkar edilib. Baxış zamanı bağlamada çəkisi 8 kiloqram 350 qram narkotikə (5 kq 900 qram “tiryək”, 1 kq 700 qram “metamfe­tamin” və 750 qram “heroin”) oxşar maddənin olması müəyyən­ləş­dirilib.

Yanvar ayının 26-da Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsi xidmətində olan sərhəd gözətçi gəmisi tərəfindən dəniz istiqamətləndirici nişanına bağlanılmış 1 ədəd torbanın içərisində çəkisi 570 qram “marixuana”ya oxşar maddə və 2 blok “Marllboro” markalı siqaret aşkarlanaraq götürülüb.

Ay ərzində Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazir­liyinin əmək­daşları tərəfindən sərhədboyu ərazilərdə həyata keçirilmiş təd­birlər nəticə­sində Astara rayonunun Alaşa kəndinin ərazisində su kanalında gizlədilmiş 1 ədəd Almaniya istehsalı olan 8 mm çaplı “Perfecta” markalı tapança, Qəbələ rayonunun Tikanlı kəndinin ərazisində “Qaraçay” çayının sahilində yerləşən meşəlikdə 1 ədəd 16 mm çaplı təklüləli ov tüfəngi və ona məxsus 6 ədəd patron, Ağstafa rayonunun Sadıqlı kəndinin ərazisində “Qara­yazı” dövlət meşə qoruğu massivində 1 ədəd 16 mm çaplı qoşalüləli ov tüfəngi aşkar olunaraq götürülüb.

Bütün faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.