XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Yanvar 2021 - 11:07

Karantin postunda mikroavtobusu polislərin üzərinə sürən sürücü həbs edilib –VİDEO

Karantin rejimi dövründə qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxs saxlanılıb. 

Ötən gün 90-UD-678 dövlət nişanlı “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü nəzərədə tutulan saydan çox sərnişinlə Bakı-Qazax yolu ilə Qazax istiqamətinə hərəkətdə olub.

Qaradağ rayonu ərazisində yerləşən polis postunda Baş Dövlət Yol Polisi (DYP) İdarəsi əməkdaşları tərəfindən mikroavtobusun sürücüsünə “saxla” əmri verilib. Lakin o, polisin əmrinə tabe olmayıb.

Mikroavtobusun sürücüsünə “Nəvai” postu ərazisində DYP əməkdaşları tərəfindən “saxla” əmri verilib. O, yenə də polisin əmrinə tabe olmayaraq, mikroavtobusu onların üzərinə sürərək yoluna davam edib.

Kürdəmirdə yerləşən polis postunda DYP əməkdaşları tərəfindən yenə də mikroavtobusun sürücüsünə “saxla” əmri verilib. Həmin vaxt o, yenə də polisə tabe olmaq istəməyib və mikroavtobusdan düşərək qaçmağa cəhd edib. Sürücü polisləri təhdid edərək özünə qəsd edəcəyini bildirib. Buna baxmayaraq, DYP əməkdaşları sürücünü saxlayıb və o, Rayon Polis Şöbəsi əməkdaşlarına təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, mikroavtobusun sürücüsü Tərtər rayon sakini, 1997-ci il təvəllüdlü Kərimli Mətləb Teymur oğludur.

O da məlum olub ki, onun mikroavtobusu idarə etmək üçün nə “D” katiqoriyası, nə də etibarnaməsi olmayıb.

M. Kərimli Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə 7 sutka həbs edilib.