XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Yanvar 2021 - 19:16

DİM sədri:"Təxirə salınsa belə, imtahanların ardıcıllığı dəyişməyəcək"

“Ən kütləvi imtahanlar aprel-sentyabr ayında olacaq. Tarixlər qeyd olunmasa da çalışacağıq ki, imtahana 1 ay qalmış vaxtı elan edək. Ola bilsin ki, apreldə Operativ Qərargah tərəfindən keçirməyə icazə verilmədi”.

Bunu DİM sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, belə olsa, icazə veriləndə həmin imtahanlar keçiriləcək: “Təxirə salınsa belə, imtahanların ardıcıllığı dəyişməyəcək. Buraxılış imtahanından sonra may ayında ali məktəblərə qəbul imtahanlarının birinci şansının keçirilməsini  nəzərdə tutmuşuq. Bu il cədvəli elə qurmuşuq ki, imtahanların iki dəfə keçirilmə şansı verilsin. Bu magistraturaya da aiddir, rezidenturanın birinci mərhələsi üçün də həmçinin. Ardıcıllıq dəyişməyəcək, bu da hazırlaşan şəxslər üçün öz strategiyasını düzgün qurmağa imkan verəcək. Aprel ayının tarixlərini yalnız mart ayının ortalarında elan edə bilərik”.