XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

29 Yanvar 2021 - 12:21

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb –Ayağı amputasiya olunub

Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Təmizləmə Qrupunun Bölmə rəhbəri, 1983-cü il təvəllüdlü Mirzəyev Elməddin Tofiq oğlu xidməti vəzifəsini yerinə yetirərkən Ermənistan tərəfindən basdırılmış piyada əleyhinə minanın zərərsizləşdirilməsi zamanı mina partlayışı baş verib.

Agentlikdən verilən məlumata görə, hadisə yanvarın 29-u saat 11 radələrində baş verib.

Mirzəyev Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq dərhal cərrahiyyə əməliyyatına götürülüb. Vəziyyəti stabil ağırdır.

Onun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub və çoxsaylı qəlpə yarası alıb.

“Qeyd edilən ərazilər işğaldan azad olnumuş torpaqlardır və təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qəti qadağandır”,- deyə məlumatda vurğulanıb.