XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 January 2021 - 16:25

“İşğal altında olan 54 328 hektar meşə ərazisi məhv edilib” –Nazir müavini

“Yeraltı və yerüstü sərvətlər baxımından işğaldan azad olunmuş ərazilər qiymətlidir”.

Bunu işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. O bildirib ki, işğal altında olan 54 328 hektar meşə ərazisi məhv edilib:

“30 ildə ekologiyamız daha çox ziyan çəkib. İlkin görüntüləri Azərkosmosdan müəyyən etmişik. Füzuli, Ağdam, Qubadlı, Zəngilanda şərq çinarınin əkilməsi daha çox üstünlük vermisik.

Qubadlı və Zəngilanda tut tingləri əkilib. Bu baramaçılğın inkişafına fayda verəcək”. (apa)