XƏBƏR LENTİ

02 Mart 2021
01 Mart 2021

Digər Xəbərlər

29 Yanvar 2021 - 17:20

Tehranda iqtisadi sammit –İran, Türkiyə və Azərbaycanın iştirakı ilə

“Hamımız atəşkəsin sabit olmasını istəyirik, amma bu kifayət deyil, atəşkəsin qorunmasına kömək etməliyik”.

Strateq.az “IRIB”-ə istinadla xəbər verir ki, bunu Türkiyəyə səfər etmiş İran xarici işlər naziri Məhəmməd Cavad Zəriblə görüşdən sonra Mövlut Çavuşğolu bildirib.

Jurnalistlər qarşısında açıqlama verən nazirlər mühüm açıqlamalar verib.

Zərif bildirib: “Türkiyə-İran münasibətləri bütün bölgə üçün çox vacibdir və iki ölkə çətin anlarda bir-birlərini dəstəkləyib”.

Nazirin sözlərinə görə, başlıca məqsəd Türkiyə-İran ikitərəfli münasibətləri fərdlər və şirkətlər səviyyəsində inkişaf etdirməkdir. “İranla Türkiyə arasında Qafqaz mövzusunda əməkdaşlıq da, şübhəsiz ki, bölgə ölkələrinin xeyrinə olacaq. İranla Türkiyə arasında əməkdaşlığın inkişafı üçün çox geniş sahə var və ABŞ daha rasional mövqe tutduqdan sonra bu münasibətləri daha da dərinləşdirəcəyik”.

Zərif bildirib: “Prezident Ərdoğanın yaxın gələcəkdə İrana səfər etməsini gözləyirik. Bu görüşün tarixini yaxın vaxtlarda təyin edəcəyik”.

Onun vəzifədaşı Mövlut Çavuşoğlu ABŞ-ı İrana tətbiq olunan sanksiyaların ləğvinə çağırıb. “Bayden administrasiyasının İranla nüvə sazişinə dönəcəyini və ona qarşı tətbiq olunan sanksiyaları ləğv edəcəyini ümid edirik”.

Çavuşoğlu əlavə edib: “Bu gün Tehranda keçiriləcək iqtisadi zirvə və Türkiyə, İran və Azərbaycan Respublikası arasındakı üçtərəfli mexanizmi müzakirə etdik”.

O, əlavə edib ki, Suriya, İraq və Qafqazdakı inkişaflar da daxil olmaqla, bölgədəki müxtəlif məsələlər təkbətək görüşdə müzakirə olunub. “Qafqazdakı atəşkəs rejimini izləyirik və üçtərəfli mexanizmin məqsədi bölgədəki sülh prosesini sabitləşdirməkdir. Qafqazda atəşkəsin yaradılması, Ermənistan da daxil olmaqla, bölgə ölkələrinin marağındadır”.

Türkiyə xarici işlər naziri ölkəsinin İranla əlaqələrini genişləndirmək istəyini vurğulayıb.

“İki ölkə arasındakı münasibətləri daha da inkişaf etdirməliyik. Ən çətin anlarda hər zaman bir yerdəyik. “Korona” epidemiyası zamanı görüşlərimizi necə keçirməli olduğumuzu da müzakirə etdik”.

Türkiyənin xarici işlər naziri Cənubi Qafqazdakı atəşkəslə bağlı bildirib: “Hamımız atəşkəsin sabit olmasını istəyirik, amma bu kifayət deyil, atəşkəsin qorunmasına kömək etməliyik”.