Ermənistan parlamentinin bu günkü toplantısında cəbhə xəttində baş verənləri müzakirə olunub.
News.az saytı xəbər verir ki, müxalif Erməni Milli Konqresi fraksiyasının üzvü Qrant Baqratyanın sualnı cavablandıran vitse-spiker Eduard Şarmazanov bildirib ki, hazırda prezidentin tapşırığı ilə Ermənistan və Dağlıq Qarabağ arasında hərbi yardım haqqında razılaşmanın əldə olunmasına hazırlıq gedir: “Bu işlərdən və danışıqlardan sonra biz bu məsələyə də baxa bilərik. Məsələləri növbə ilə həll edək”.
Qrant Baqratyan parlamentdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyinin” tanınması barədə məsələ qaldırıb.
Starteq.az