“Türk Hava Yolları”na məxsus təyyarə hava şəraitinə görə Bakıya istiqamətlənib və sonra yenidən İrana dönüb”.
Strateq.az “ISNA”-ya istinadla xəbər verir ki, bunu İran Aviasiya Təşkilatının sözçüsü Məhəmməd Həsən Zibəxş bildirib.
O, THY təyyarəsinin uçuşu ilə bağlı yayılan bütün söz-söhbətləri təkzib edib: “Bu uçuş zamanı təyyarə istiqaməti itirməyib və onun enişi zamanı təkərlərində problem olmayıb”.
“Təyyarənin istiqamətinin dəyişməsinin yeganə səbəbi pis hava şəraiti olub. Hava gəmisi saat 2: 24-də İmam Xomeyni Hava limanına enib”, – deyə Zibəxş əlavə edib.
Sözçü bildirib ki, uçuş marşrutunun dəyişdirilməsinin Tehrandakı siren səsi ilə heç bir əlaqəsi yoxdur və kiberməkanda yayımlanan şayiələr qətiyyən doğru deyil.
Aviasiya Təşkilatının sözçüsü bildirib: “İmam Xomeyni hava limanına enmiş THY təyyarəsinin bütün sərnişinləri təhlükəsizdir.”