XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Aprel 2016 - 14:24

Müdafiə Nazirliyindən cəbhədki vəziyyətlə bağlı açıqlama :"Ermənilərin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib"

 

Mudafie Nazirliyi

Aprelin 4-də erməni silahlı bölmələri Xocavənd – Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər. 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurublar. Əks hücum zamanı erməni silahlı qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib. 

Silahlı Qüvvələrimiz cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını almağa hazırdır.

Strateq.az