XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Yanvar 2021 - 18:15

İnnovasiyalar Agentliyinə yeni səlahiyyət verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi bundan sonra həm də innovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin formalaşdırılması və aparılması ilə məşğul olacaq.

Bu, Baş nazir Əli Əsədovun təsdiq etdiyi “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları”nda öz əksini tapıb.

Qaydalara əsasən, reyestrin operatoru reyestrə daxil edilmiş məlumatların elektron informasiya ehtiyatında ümumi istifadə üçün açıq şəkildə yerləşdirilməsini təmin edir, layihələrin qeydiyyata alınması və qeydiyyatının ləğv edilməsinin elektron formada təşkili və idarə olunmasını həyata keçirir, reyestrdə qeydiyyatdan keçən ərizəçilərə “Startap” pasportu verir, reyestrə daxil edilmiş layihələrə dair məlumatların arxivləşdirilməsini və saxlanılmasını təşkil edir, reyestrin dayanıqlı, fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin edir, reyestrin formalaşdırılması və aparılması ilə bağlı xərcləri maliyyələşdirir.

Reyestrə məlumatların daxil edilməsi ilə bağlı müraciət edən şəxslərlə İnnovasiyalar Agentliyi arasında münasibətlər bu Qaydaların tələbləri nəzərə alınmaqla, “İnzibati icraat haqqında” qanunla tənzimlənir.