XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

30 Yanvar 2021 - 17:40

“İran Azərbaycan ərazilərinin işğaldan azad olunmasına sevinir”- Zərif

Qarabağ müharibəsində insanlar həlak olsa da, İran Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə sevinir.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşdə deyib.

M.C.Zərifin sözlərinə görə, eyni zamanda regional əməkdaşlıqlar üçün yaranan fürsətdən istifadə edərək gələcəkdə belə qarşıdurmaların yenidən baş verməsinin qarşısını almaq lazımdır.

İran xarici işlər naziri regional səfərinin Bakıdan başlayaraq Naxçıvanda bitməsindən məmnun qaldığını deyib.

Görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov da bildirib ki, regional əməkdaşlıqların inkişaf etdirilməsi məqsədilə Naxçıvanda tranzit imkanları yaradılıb.

Görüşdə elektrik, ticarət, mədəni münasibətləri və sairə haqda danışıqlar aparılıb.

Qeyd edək ki, İran xarici işlər naziri regional səfər çərçivəsində Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə səfər edib.