XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

30 Yanvar 2021 - 16:13

İsrail qırıcıları İranın hava məkanına giribmi? –Hərbi mənbənin açıqlaması

Məlumatlı bir mənbə İsrailə məxsus “F-35” təyyarələrinin İranın hava məkanına girməsi iddiasını rədd edib.

Strateq.az “Təsnim” agentliyinə istinadla xəbər verir ki, yanvarın 29-da gecəyarısı Tehranın qərb bölgələrindən birində siren səsi eşidilib. Eyni zamanda, “Türk Hava Yolları”na məxsus sərnişin təyyarəsinin şübhəli uçuş marşrutu ictimaiyyətin diqqətini cəlb edib.

Bu hadisə kiber məkanda bir çox fərziyyələrə, o cümlədən kiber hücum, hərbi müdaxilə, İmam Xomeyni hava limanında və Tehranın bəzi yerlərində partlayış və yanğınların baş verməsi və ilk növbədə, İsrail “F-35”-lərinin həmləsi ehtimallarının qızğın müzakirəsini doğurub.

Hadisədən bir neçə dəqiqə sonra Tehran valisinin təhlükəsizlik məsələləri üzrə müavini Həmid Qudərzi şübhəli siren səsinin hava hücumundan xəbərdarlıq sistemində texniki xəta kimi izah edib.

İmam Xomeyni hava limanı ictimaiyyətlə əlaqələr şöbəsinin açıqlamasında isə Türkiyə təyyarəsinin istiqamətinin Bakıya doğru dəyişməsinin hava limanı üzərində pis hava şəraiti ilə əlaqəli olduğu bildirilib.

İran Silahlı Qüvvələrindəki məlumatlı bir mənbə İsrailə məxsus “F-35” təyyarələrinin ölkə səmasına girişi barədə şayiələri təkzib edib. “Gecə baş verən hadisənin ölkənin hava hücumundan müdafiə sisteminin aktivləşməsinə səbəb olacaq hansısa təhdidlə bağlılığı yoxdur”.