XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

30 Yanvar 2021 - 16:57

Emin Əmrullayevdən dərslərlə bağlı açıqlama:"Operativ Qərargah qərar verəcək”

“Fevralın 1-dən Bakı, Sumqayıt və Abşeronda özəl və dövlət məktəblərində tədris həftədə 3 dəfə olacaq. Çünkü adətən bu bölgələrdə yoluxmaların sayı daha çox olur”.

Strateq.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bölgələrdə isə 1,5 metrlik məsafəni qorumaqla bütün şagirdlər məktəbə gələ bilirsə, bu halda təhsili ənənəvi 5 gün formatına qaytarılacaq: “Ümid edirəm ki, növbəti həftələrdə 5-9-cu siniflərin məktəbə qayıtması baş verəcək. Bununla bağlı Operativ Qərargahla birgə müzakirələrimiz olacaq və qərar veriləcək”.

Onun sözlərinə görə, növbəti həftə bununla bağlı açıqlamalar olacaq.