XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Aprel 2016 - 15:01

Ermənistanda dövlətçevrilişi planının detalları açıqlanıb

maskalilar-1

Ermənistan Milli Təhlükəsizlik Xidməti (EMTX)  silahlı dövlət çevrilişi törətməyə hazırlaşan cinayətkar qrupun planlarının detallarını açıqlayıb.  

"Rosbalt" agentliyinin məlumatına görə, bu barədə EMTX-nin istintaq idarəsinin rəis müavini Mkael Ambarsumyan jurnalistlərə bildirib.

Onun məlumatına görə, uzun müddət xaricdə yaşayan Ermənistan vətəndaşı Artur Vardanyanın rəhbərlik etdiyi qrupun üzvləri ötən il payızın sonunda həbs olunublar. Hazırda 35 nəfərə ittiham irəli sürülüb. Onlardan 25 nəfəri həbs edilib.

Ambarsumyan qrup üzvlərinin fotolarını da nümayiş etdirib. Qrup üzvlərindən silah, polis forması, rabitə vasitələri, üzərində qeydlər olan, hədəflər göstərilən  Yerevanın xəritəsi aşkarlanıb. Qrup üzvləri prezident iqamətgahına, parlamentin binasına, Konstitusiya Məhkəməsinə, ictimai televiziyaya silahlı hücüm planlaşdırıb.    

Vardanyanın video-müraciəti də aşkarlanıb. Bu müraciət dövlət çevrilişindən sonra yayımlanmalı imiş. Qrup tərəfindən xarici ölkə səfirliklərinə göndərilməsi nəzərdə tutulan inglis dilində yazılmış məktub da tapılıb.

Qrup üzvləri çevriliş üçün əsaslı hazırlaşıblar.  Onlar 147 siyasi xadim haqqında, binların giriş-çıxışı və digər məlumatlar toplayıblar.

Qrup üzvlərindən bəziləri  Azərbaycan prezidenti ilə görüşə uçan zaman “Zvartanoç” hava limanında Ermənistan prezidentinin təyyarəsinə hücumu da istisna etməyiblər.

Susi-qəsd planları üçün 65 min dollar ayrılması nəzərdə tutulub. Ambarsumyanın sözlərinə görə, bunu xüsusi xidmət orqanlarına məlum olan bir şəxs həyata keçirlməli imiş.

Sui-qəsdçilərə Ermənistanın müdafiə nazirinin keçmiş müavini Vaan Şirxanyan kömək edirmiş. O və “Vətən və Ləyaqət” Partiyasının sədri Qarnik Markaryan həbs edilib.

Starteq.az