XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Yanvar 2021 - 18:56

“Övladını məktəbə buraxmaq istəməyən valideynlər məktəbə müraciət edə bilərlər”- Emin Əmrullayev

“Övladını məktəbə buraxmaq istəməyən, əyani təhsil iştirakı mümkün hesab etməyən valideynlər məktəbə müraciət edə bilərlər”.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, bu halda iltizam yazılır ki, bu, valideynin seçimidir: “Ali təhsilin əyani formaya qayıtması istək deyil, mümkünlük məsələsidir. Pandemiyanın dinamikasını izləyirik. Çalışırıq ki, dərsləri bərpa edək. Bu dövrdə əsas problemimiz şagirdlərin sosial emosional inkişafıdır. Şagirdlər heç olmasa ,bir az ünsiyyətdə olsunlar. İnanırıq ki,  tədricən ənənəvi təhsil qayıda bilərik”.