XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2016 - 15:19

Sərdar Cəlaloğlunun qardaşı oğlu şəhid oldu

Rasim-Memmedov

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun qardaşı Əbdül Məmmədovun oğlu Rasim Məmmədov Füzuli istiqamətindəki döyüşlərdə şəhid olub.  

Bu barədə  Sərdar Cəlaloğlu Modern.az saytına məlumat verib.  

Xatırladaq ki, Rasim Məmmədovun atası Əbdül Məmmədov Birinci Qarabağ Müharibəsinin qazilərindəndir. O, Naxçıvanda döyüşlərdə iştirak edib.

Sədərəkdəki döyüşlərdə onurğasından güllə yarası alan Əbdül Məmmədov əlil arabasında gəzir.  

Əbdül Məmmədov bir müddət əvvəl  Modern.az saytına verdiyi müsahibədə oğlunun Füzulidəki hərbi hissələrin birində tabor komandiri, rütbəsinin də mayor olduğunu bildirmişdi.    

Strateq.az kollektivi Məmmədovlar  ailəsinə başsağlığı verir. Allah rəhmət eləsin!