Bu gün 1918-1920-ci illərdə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan milli istiqlal hərəkatına başçısı, siyasi-ictimai xadim Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
Azərbaycanın Türkiyədəki Səfirliyinin kollektivi Məhəmməd Əmin Rəsulzadənin Ankarada yerləşən Əsri məzarlığındakı məzarını ziyarət edib.
Tarixi şəxsiyyətin məzarına əklil qoyulub, ruhuna dualar oxunub. /APA