XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 January 2021 - 16:46

Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin uzun növbəsi yaranıb –FOTO

Azərbaycan-Rusiya sərhədindəki Samur gömrük-keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranıb.

Hazırda ərazidə 1000-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün gözləyir.  

Samur gömrük-keçid məntəqəsindən bildirilib ki, yaranan növbələr Azərbaycan tərəfi ilə bağlı deyil.

Qeyd olunub ki, gün ərzində 200-220  maşın Rusiyaya keçir. Əgər qarşı tərəf bu sayı artırsa, Azərbaycan tərəfi də bu sayı artıra bilər. /APA