XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Fevral 2021 - 14:21

Kəlbəcər və ya Laçında hava limanının yeri aprelin sonunadək müəyyən ediləcək –AZAL

İşğaldan azad edilmiş Kəlbəcər və ya Laçın rayonu ərazisində hava limanın tikintisi məqsədi ilə yerin müəyyən olunması ilə bağlı araşdırmalar aparılır.

Bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Etibar Hüseynov deyib.

Onun sözlərinə görə, sözügedən rayonlardan birində hava limanının tikintisi üçün ərazi bu ilin aprelin sonunadək müəyyən ediləcək.