Şamaxı rayonu ərazisində zəlzələ baş verib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 20:13-də Pirqulu stansiyasından 2 km qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Şamaxı rayonunda 3 bala qədər hiss olunub. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.